
Hesablama Palatasının 2012-cildə fəaliyyəti ilə bağlı hesbat Milli Məclisə təqdim olunub.
Parlamentin aprelin 5-də keçiriləcək plenar iclasında deputatlar Hesablama Palatasının hesabatını müzakirə edəcəklər.
Modern.az xəbər verir ki, hesabatda 2012-ci ildə Hesablama Palatasının 2012-ci ildə Naxçıvanda apardığı audit yoxlamalar barədə bölümdə göstərilir ki, Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində, Naxçıvan Muxtar Respublikası Elmi-Tədqiqat Baytarlıq mərkəzində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan Tibb Kollecində, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində, Naxçıvan şəhər 2 №-li Mənzil İstismar İdarəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Laboratoriyasında audit tədbirləri həyata keçirib.
İdarə tərəfindən aparılan audit tədbirləri nəticəsində 2 təşkilatda 2 nəfərə tarif səhvinə görə 159 manat məbləğində əmək haqqının artıq ödənildiyi, 2 təşkilatda isə 3 nəfərə 76 manat ezamiyyə xərcinin artıq ödənildiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub göndərilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim edilib.
Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş vəsaitlər büdcəyə bərpa edilib.
Modern.az