Modern.az

Bakıda duman olacaq- HAVA

Bakıda duman olacaq- HAVA

Təhsil

3 Aprel 2013, 12:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Aprelin 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?