Modern.az

Məzunların bacarıq səviyyəsi tələblərə uyğun deyil

Məzunların bacarıq səviyyəsi tələblərə uyğun deyil

Aktual

9 Sentyabr 2022, 13:07

Monitorinqlər göstərir ki, tələblər və iş dünyasının ehtiyac duyduğu bacarıqlarla universitetlərin qazandırdığı bacarıqlar arasında uyğunsuzluq var. 

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 

 

O qeyd edib ki, 215 tələbə ilə sorğu, universitet rəhbərləri və müəsisələrlə müsahibələr aparılıb: 

 

"Müsahiblərin əksəriyyəti iddia edir ki, universitet məzunlarının bacarıq səviyyələri müəsisələrin hazırkı tələblərinə uyğun deyil. Uyğun gəlməyən bacarıqlar özünüqiymətləndirmə, qərarvermə, xarici dil, ana dilidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI