Modern.az

NATO Kosovoda hərbçilərinin sayını artırır 

NATO Kosovoda hərbçilərinin sayını artırır 

10 Sentyabr 2022, 18:16

NATO-nun Kosovodakı (KFOR) hərbçilərinin sayı müvəqqəti olaraq artırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlə əlaqədar KFOR-un əsgərlərinin sayında artım olacaq.

 

Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq.

 

Xatırladaq ki, KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə əsasında yaradılıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi