Modern.az

Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı - VİDEO

Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı - VİDEO

Dünya

10 Sentyabr 2022, 21:40

Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən "Anadolu" adlı gəmiyə atəş açıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

 

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.

 

Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.

 

Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir. 

 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi