Modern.az

Blinken Leyenlə danışdıUkraynaya dəstək davam etdiriləcək

Blinken Leyenlə danışdı - Ukraynaya dəstək davam etdiriləcək

10 Sentyabr 2022, 21:54

ABŞ dövlət katibi Entoni Blinken Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Tərəflər Ukraynaya verilən dəstəyi müzakirə ediblər.

 

Blinken Ursula fon der Leyen ilə Ukraynaya dəstəyin davam etdirilməsi, ABŞ-ın Avropanın enerji təhlükəsizliyinə sadiqliyi və Rusiyaya qarşı koordinasiya məsələlərini nəzərdən keçirib.

 

Rəsmilər, eyni zamanda Bosniya və Herseqovinada sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə də toxunublar.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi