Modern.az

Meksikada faciə: Avtobus sərnişinlərlə birgə yandı 

Meksikada faciə: Avtobus sərnişinlərlə birgə yandı 

Dünya

10 Sentyabr 2022, 23:41

Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatında avtobus qəzaya uğrayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, içərisində tez alışan maddənin olduğu çən traktordan ayrılaraq sərnişin avtobusu ilə toqquşub. 

 

Qəza nəticəsində avtobus yanaraq külə dönüb. Nəqliyyat vasitəsinin içərisindən 9 nəfərin cəsədi çıxarılıb.

 

Ölənlərin sayının artacağı istisna edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi