Modern.az

Ukrayna ordusunun son 10 gündə azad etdiyi ƏRAZİLƏR

Ukrayna ordusunun son 10 gündə azad etdiyi ƏRAZİLƏR

Dünya

10 Sentyabr 2022, 23:55

Ukrayna ordusu son 10 gün ərzində 2000 kvadrat kilometrdən çox ərazini ruslardan təmizləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mütəmadi yayımladığı axşam videomüraciətində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir.

 

Zelenski Ukrayna hərbçilərinə təşəkkür etdiyini deyib.

 

Qeyd edək ki, son günlər Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində əks-hücuma keçib. Uğurlu əməliyyatlar nəticəsində Rusiya bəzi strateji şəhərlərdən geri çəkilmək məcburiyyətində qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi