Prezident İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılıb.
Modern.az