Modern.az

Referendum öncə İranda keçirilsin - Azərbaycandan İrana cavab

Referendum öncə İranda keçirilsin - Azərbaycandan İrana cavab

3 Aprel 2013, 20:02

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin "Keyhan" media holdinqindəki nümayəndəsi, "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari (ETTELAAT rəhbərinin sabiq müavini) aprelin 3-də dərc etdirdiyi bir məqalədə Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün referendum keçirilməsini təklif edib.

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Hüseyn Şəriətmədarinin təklifinə normal yanaşdığını bildirib:

"Düşünürəm ki, belə bir referendumun keçirilməsi mümkündür. Amma belə bir təşəbbüslə çıxış edən Hüseyn Şəriətmədari nümayəndəsi olduğu ali dini rəhbərə təklif etməlidir ki, bu məsələ ilə bağlı referendum öncə İran İslam Respublikası adlanan ölkənin ərazisində keçirilsin. Referenduma isə belə bir sual çıxarılmalıdır: "Cənubi Azərbaycan türkləri İran İslam Respublikası adlanan bir ölkənin vətəndaşı olmaq,  yaxud Azərbaycan Respublikası ilə birləşib vahid, müstəqil Azərbaycan dövlətində yaşamaq istəyirlər?" Əgər Tehran rejimi belə bir referendum keçirməyə cəsarət edərsə, o zaman əminəm ki, ümumxalq səsverməsi Azərbaycan Respublikasında  heç bir məneə yaradılmadan gerçəkləşdiriləcək". Elçin Mirzəbəyli onu da qeyd edib ki, Tehran rejiminin belə bir referendum keçirməyə cəsarət edəcəyinə inanmır: "Fars-molla rejimi Güney Azərbaycan türklərinin hədəfini yaxşı bilir və buna cəsarət etməz. Lakin bütün maneələrə rəğmən soydaşlarımız öz istəklərinə nail olacaqlar".

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?