Modern.az

Rəsmi İrəvan təkzib etdi: “Nalbandyan Bakıya getməyəcək”

Rəsmi İrəvan təkzib etdi: “Nalbandyan Bakıya getməyəcək”

3 Aprel 2013, 21:17

Eduard Nalbandyan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunlarının Bakıda planlaşdırılan görüşündə iştirak etməyəcək.

Rəsmi İrəvan xarici işlər naziri Eduard Nalbandyanın Bakıya səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqram Balayan erməni nazirə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən belə bir dəvətin göndərilmədiyinini açıqlayıb.

Qeyd edək ki, aprelin 11-13-də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu məzunlarının Bakıda keçiriləcək görüşünə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın dəvət olunması haqda mətbuatda xəbərlər yayılmışdı.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?