İctimai Palata təcili toplantı çağırıb | Modern.az
Menu
İctimai Palata təcili toplantı çağırıb
3 Aprel 2013, 23:44
Müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata toplantı çağırıb. Bu barədə Modern.azsaytına məlumat verən Müsavat Partiyasının başqan müavini, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı bildirib ki, İP aprelin 9-da bir araya gələrək dinləmələr keçirəcək
“Ictimai Palatanın Koordinasiya Şurası 9 aprel saat 12-də Müsavat Partiyasının qərargahında ölkədəki son həbslərlə bağlı ictimai-siyasi qüvvələrin, ziyalıların, vəkillərin, hüquq müdafiəçilərinin iştirakı ilə dinləmələr keçirilməsi barədə qərar qəbul edib”.