Aprelin 4-nə keçən gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi oyun Madriddə "Real" - "Qalatasaray" qarşılaşması olub. Təəssüf ki, bu matçda türk klubu böyükhesablı məğlubiyyətlə barışıb. "Real" 3 cavabsız top vurmaqla növbəti mərhələyə bir az da yaxınlaşıb.
Digər oyunda İspaniyanın "Malaqa" komandası ilə Almaniyanın "Borussiya" (Dortmund) klubu üz-üzə gəlib. Bu qarşılaşma 0:0 hesabı ilə sona çatıb.
Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
”Malaqa” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:0
“Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə) - 3:0
Bir gün öncə keçirilmiş oyunlar:
“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 2:0
PSJ (Fransa) – “Barselona” (İspaniya) - 2:2
Modern.az