Modern.az

ABŞ-ın Vest Virciniya ştatı Xocalıya dair qətnamə qəbul edib

ABŞ-ın Vest Virciniya ştatı Xocalıya dair qətnamə qəbul edib

4 Aprel 2013, 09:06

ABŞ-ın Vest Virciniya ştatı qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilib.


Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildiriblər ki, qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüzün və etnik təmizləmənin tərkib hissəsi olduğu qeyd edilir.


Qeyd edək ki, Vest Virciniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?