Modern.az

Cəlilabadda iki maşın toqquşdu, ölən var

Cəlilabadda iki maşın toqquşdu, ölən var

4 Aprel 2013, 10:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu ərazisində Ələt-Astara yolunun 133-cü kilometrliyində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər cəsədi müvafiq qaydada deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:49-da başa çatıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?