Modern.az

Bakıda DƏHŞƏT - Ana 1 yaşlı uşağının yeməyinə \"pereks\" qatıb öldürdü

Bakıda DƏHŞƏT - Ana 1 yaşlı uşağının yeməyinə \

12 Sentyabr 2022, 10:12

Sentyabrın 9-da  Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.


Bu barədə rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU