Modern.az

Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır

Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır

12 Sentyabr 2022, 16:20

Daha bir qazi özünü yandırıb.

 

Modern.az-ın məlumatına görə, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər.

 

Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.

 

Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU