Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında orta məktəb dəsrliklərinin monitorinqi ilə bağlı açıqlama verib. TQDK sədri bildirib ki, dərsliklərin monitorinqi ilə bağlı müəlliflərin səsləndirdiyi ittihamlar doğru deyil:
“Biz orta məktəblərdə dərslərin monitorinqini prezidentin tapşırığı ilə həyata keçiririk. Bu monitorinqin nəticələri ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılır. Biz indiyə qədər 1, 3 və 4-cü siniflərin dərs vəsaitləri ilə bağlı monitorinqi keçirmişik. 2-ci siniflər üzrə dərsliklərin isə monitorinqi bu həftə başa çatacaq. Biz bunu gələn həftə Təhsil Nazirliyinə göndərəcəyik. Amma təəssüflər olsun ki, bu günə kimi 1 və 3-cü siniflərin dərsliklərin monitorinqi ilə bağlı bizə yalnış cavab verilib.
Dərslik müəliflərinin bizim monitorinqlərdə qeyd etdiyimiz nöqsanlara etiraz etməsi düzgün deyil. Təhsil Nazirliyi müəlliflərin hüquqlarını müdafiə etməkdənsə təhsili müdafiə etməlidir”.
Aytən Əliyeva