Modern.az

Kürdəmirdə ağır qəza - 4 nəfər yaralandı

Kürdəmirdə ağır qəza - 4 nəfər yaralandı

12 Sentyabr 2022, 23:43

Kürdəmirdə ağır yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 21:30 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, "VAZ-21010" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə Kürdəmir rayon sakinləri - Mayıl Mikayıl oğlu Kərimov, Elnur Saleh oğlu Kərimov, Röyal Saleh oğlu Kərimov və Pərvin Əlaga oğlu Əhədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Zərərçəkənlər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU