Xarkovdan geri çəkilən Rusiya ordusunun hərbi qulluqçuları Ukraynanı tərk edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbə qeyd edir ki, Ukrayna Xarkovda ciddi uğurlar əldə edib. ABŞ rəsmisi geri çəkilməyə məcbur olan rusların Ukraynanı tərk edərək Rusiyaya doğru hərəkət etdiyini bildirib.
“Ümumiyyətlə, biz qiymətləndiririk ki, ukraynalılar cənubda və şərqdə əraziləri azad etmək və geri almaq üçün irəliləyiş əldə edir”, - ABŞ ordusunun rəsmisi anonimlik şərti ilə jurnalistlərə bildirib.
O qeyd edib ki, Rusiya qoşunları şimala və şərqə çəkiliblər.
Akif İsmayılov