“Ötən ilin məzunlarından yalnız qızlar ərizələrini doldurub təsdiq edə bilərlər. Bu qayda oğlanlara şamil olunmur”. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.
Modern.az-ın məlumatın görə, gələn ildən Sənəd Qəbulu Komissiyasına ehtiyac olmayacaq.
TQDK sədri bildirib ki, prosedura elektronlaşdırılacaq: “Çox vaxt abituriyentlərin özləri deyil onların yerinə başqaları ərizə formalarını doldururlar. Çox istərdik ki, abituriyentlər özləri bu ərizə formalarını oxusunlar və doldursunlar. Sənədlərin doldurulması və təsdiq olunması tam elektron formada həyata keçirilir. Ötən ilin məzunlarından yalnız qızlar ərizələrini doldurub təsdiq edə bilərlər. Bu qaydanın oğlanlara şamil olunmaması hərbi möhlətlə bağlıdır. Yəni onların hərbidən möhləti olmalıdır. Bu da elektron formada təqdim olunmadığı üçün problem yaranır. Onlar şəxsən Sənəd Qəbulu Komissiyaların müraciət edib bu haqda sənədləri təqdim etməlidirlər. Möhlət hüququ haqqında sənədlərin elektron bazada olması ilə bağlı müvafiq qurumlarla əlaqə saxlayırıq. Ümid edirəm ki gələn ildən Sənəd Qəbulu Komissiyasına ehtiyac olmayacaq”.
Aytən Əliyeva