Modern.az

Yeni müəllimlər adaptasiya proqramına cəlb edilir

Yeni müəllimlər adaptasiya proqramına cəlb edilir

Aktual

13 Sentyabr 2022, 11:12

Elm və Təhsil Nazirliyi yeni işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramı həyata keçirəcək.

 

Modern.az xəbər verir ki, Gənc Müəllimlər Assosiasiyası ilə birlikdə həyata keçirilən adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.

 

Qeyd edilib ki, yeni işə qəbul olan müəllimlər üçün təqdimat bacarıqları, təhsildə etika, valideyn-məktəb əməkdaşlığı, şagirdlərin mühafizəsi və təhlükəsizliyi, məktəbdə uşaqlara qarşı bullinq, sinfin idarəolunması kimi mövzularda seminarlar təşkil ediləcək.

 

Sentyabr ayının 19-dan etibarən yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI