Modern.az

“Oğlumun yerini gizlədirlər” - Aksiyadan sonra itkin düşən nardaranlının atası

“Oğlumun yerini gizlədirlər” - Aksiyadan sonra itkin düşən nardaranlının atası

4 Aprel 2013, 12:54

“Hara gediriksə, elə deyirlər tapılacaq, ancaq 3 sutkadır oğlum haqqında heç bir məlumat yoxdur”. Bunu Modern.az-a açıqlamasında aprelin 1-də Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada iştirak edib və az sonra yoxa çıxan Bəxtiyar Qurbanovun atası Yaşar Qurbanov deyib. Yox çıxan dindarın atası bildirib ki, hansı dövlət qurumuna gedirsə, oğlu haqqında məlumat vermirlər.

  “Sabunçu rayon 13-cü Polis Bölməsinə yazılı surətdə ərizə ilə müraciət etmişəm, itən günüdən şəkilini vermişəm. Həmin gün gecə oğlumun telefonuna zəng çatmadı, onun haqqında məlumat olmadı. Onunla birgə yoxa çıxan Röyal Əsgərovun evinə də getdim. Orada dedilər ki, onların da övladları evə gəlməyib. Heç bir məlumat vermirlər. İnsan hüquqları komissiyasına müraciət etmək istəyirəm. MTN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də getmişəm, heç bir məlumat vermirlər”.  

Y. Qurbanov qeyd edib ki, hazırda oğlunun təxmini harada saxlanması barədə məlumat alıb. “Aldığım məlumata görə, oğlum Bəxtiyar Qurbanov Röyal Əsgərovla birlikdə “Banditizim”də saxlanılır və işgəncəyə məruz qalırlar”.  

Qeyd edək ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 1-də Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada iştirak ediblər və az sonra yoxa çıxıblar.  

Anar Kəlbiyev
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu