Modern.az

Paşinyan: “Hamı bilirdi ki, bir gün müharibə başlayacaq”

Paşinyan: “Hamı bilirdi ki, bir gün müharibə başlayacaq”

Dünya

13 Sentyabr 2022, 13:40

"44 günlük müharibədən sonra eyni sualı mənə min dəfə verdilər: “Müharibənin dayandırılması üçün nə etdiniz?”. Ancaq heç kim soruşmadı ki, müharibədə qalib gəlmək üçün bir şey etdinizmi?".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib. 

 

“Hamı bilirdi ki, bir gün müharibə başlayacaq. Dedilər, “başlayan kimi müharibəni dərhal dayandıracağıq”. Bəs necə? Əgər iradən olmasaydı və bu iradəni dəstəkləmək üçün müvafiq qurumları hazırlamasaydın, necə dayandıracaqdın?”, - Paşinyan Qarabağ müharibəsindəki məğlubiyyətdə onu günahkar hesab edən müxalifət nümayəndələrinə xitabən bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi