Modern.az

KTMT sərhəddəki gərginliklə bağlı BƏYANAT YAYDI

KTMT sərhəddəki gərginliklə bağlı BƏYANAT YAYDI

Dünya

13 Sentyabr 2022, 13:57

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında qeyd olunub.

 

“2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və PUA-ların istifadəsi ilə toqquşmalar olub. Nəticədə ölən və yaralananlar var.

 

Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir.

 

Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk.

 

Ermənistan tərəfinin Ermənistan Respublikasına yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birgə Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edib”, - bəyanatda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi