Gürcüstanda 2022-2023-cü tədris ilində 5183 uşaq ilkin təhsil ala bilməyəcək. Onlardan 821-i səhhətləri ilə əlaqədar təhsildən geri qalıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, 2022-ci il avqustun 1-dək təhsildən yayınan 4362 uşaq nə daxili işlər, nə səhiyyə, nə də təhsil nazirliklərində qeydiyyatdan keçib.
Onlar haqqında heç bir nazirlikdə ümumi məlumat yoxdur.