Modern.az

Tələbə krediti üçün müraciətlərin sayı açıqlandı

Tələbə krediti üçün müraciətlərin sayı açıqlandı

Təhsil

13 Sentyabr 2022, 14:36

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan Modern.az-a bildirilib ki, bu günə qədər 3708 nəfər TTK almaq üçün müraciət edib. Onlardan 989 nəfərin müraciəti natamam olub. 621 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 286 nəfərin müraciətinə imtina cavabı verilib, 619 nəfərin müraciəti isə banka yönləndirlib.

 

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 1193 nəfərə TTK verilib. Onlar arasından 385 nəfərin müraciəti sosial TTK, 808 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal