Modern.az

Hərbi xidmətlə bağlı qanunda nə DƏYİŞƏCƏK?

Hərbi xidmətlə bağlı qanunda nə DƏYİŞƏCƏK?

Parlament

13 Sentyabr 2022, 16:04

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək. Sentyabrın 16-na planlaşdırılan iclasın gündəliyinə bir sıra məsələlər daxil edilib. Əsas müzakirə mövzusu hərbi xidmətlə əlaqədar qanuna dəyişiklik olacaq.

 

Hərbi xidmətlə bağlı dəyişiklik nədən ibarətdir?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, bəzi hərbi qanunların dəyişdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, dəyişikliklər texniki mahiyyət daşıyır:

 

“Dəyişikliklər məlumatların əldə edilməsi mexanizmini bir qədər də dəqiqləşdirir. Digər hissə birbaşa hərbi qulluqla bağlıdır. Hərbi qulluqçunun tibbi sığorta məsələsi dəqiqləşdiriləcək və sosial müdafiə daha da gücləndiriləcək. Həmçinin hərbi qulluqçunun qulluq edərkən məsul olduğu hərbi texnikanın maddi məsulliyət məsələləri dəqiqləşdirilir. Bu dəyişikliklər hərbi qulluğu daha qətiyyətli və məsuliyyətli etmək məqsədi daşıyır”.

 

Aydın Mirzəzadə vurğulayıb ki, yeni dəyişikliklər sayəsində hərbi qanunvericiliyimiz günün tələblərinə uyğun olacaq.

 

Həmçinin oxuyun:

Hərbi xidmətlə bağlı qanun DƏYİŞİR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi