Modern.az

YAP-çı deputat beynəlxalq təşkilatlara: “Gic-gic bəyanatlar verirlər”

YAP-çı deputat beynəlxalq təşkilatlara: “Gic-gic bəyanatlar verirlər”

Parlament

4 Aprel 2013, 14:21

Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” NİDA-çı gənclərin həbsini pisləyən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti həbslərə son qoymağa və gəncləri saxta ittihamlarla həb etməməyə çağırıb.

Modern.az-a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdan son həbslərlə bağlı beynəlxalq təşkilatların etiraz bəyanatlarına münasibət öyrənib.

YAP rəsmisi  bildirib ki, hakimiyyət üçün onların nə dediyi o qədər də önəmli deyil. “Human Right Watch”-ın nə deməyindən asılı olmayaraq biz ona fikir vermirik. Ən qatı cinayətkar həbs edilsə belə, bu təşkilat deyəcək ki, onun heç bir təqsiri yoxdur. Onlar ömrü boyu müxtəlif qüvvələrin təsiri altında olublar və bu cür gic –gic bəyanatlar veriblər”- deyə kəskin şəkildə etirazını bildirib.

Xatırladaq ki, NİDA vətəndaş hərəkatının 7 üzvü haqqıda həbs-qəti imkan tədbiri seçilib. Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq  maddələri ilə cinayət işi açılıb. Bununla bağlı adıçəkilən hüquq təşkilatı hakimiyyəti fəalları həbs etməməyə çağıran bəyanatla çıxış edib.

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...