Modern.az

Rusiya Ukraynanı İran PUA-ları ilə vurur - FOTOLAR

Rusiya Ukraynanı İran PUA-ları ilə vurur - FOTOLAR

Dünya

13 Sentyabr 2022, 18:54

Rusiya “Geran-2” adlı pilotsuz uçan aparatı (PUA) ilə Kupyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. 

 

Modern.az xəbər verir ki, hücum edən PUA-nın fotoları müxtəlif teleqram kanallarında yayılıb.

 

Cihazın qalıqları İranın "Şahed -136" adlı kamikadze PUA-larına bənzəyir. Ekspertlər PUA-nın birbaşa İrandan gəldiyini və ya Rusiyada yığıldığını bildirir.

 

"Şahed-136" 2000 kilometr məsafə qət edə bilən İran istehsalı kamikadze tipli PUA-dır. Model 2020-ci ildə istifadə verilib. Sistemlər xüsusilə Yəməndəki husilər tərəfindən istifadə olunur.

 

Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya İran istehsalı PUA-ların ilk partiyasını alıb. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi