İran prezidenti Mahmud Əhmədinejat həmkarı Serj Sərkisyanın inaqurasiya mərasiminə qatılmayacaq. Modern.az-ın iran mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi İrəvanın dəvətinə baxmayaraq İran prezidenti Sərkisyanın andiçmə mərasiminə xarici işlər naziri Əli Əkbər Salehini göndərəcək.
Bu barədə mətbuata nazirliyin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bildirib.
xatırladaq ki, Ermənistanda keçirilən prezident seçkilərində ikinci dəfə qalib gələn Serj Sərkisyanın inaqurasiyrası aprelin 9-da keçiriləcək.
A.RÜSTƏMOV