“El” hərəkatı Nardaranda dindarların keçirdiyi aksiya ilə bağlı bəyanat verib. “EL”-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda qeyd olunur:
“Nardaranda baş verən son hadisələr bizi çox narahat edir. Mənəviyyat və dini daşıyıcılarına qarşı bü cür qərəzli münasibət artıq hakim dairələrin məqsədyönlü siyasətinə çevrilib. Dini hislərlə oynamaq, insanların maraqlarına və haqlı tələblərinə biganə yanaşmaq sonda vətəndaş qarşıdurmasına gətirə bilər. Biz hakimiyyəti bu yanlış və təhlükəli yoldan çəkindiririk. Biz EL hərəkatı olaraq, nardaranlılara öz həmrəyliyimizi bildiririk və onların haqq mübarizəsini tam dəstəkləyirik”.
A.RÜSTƏMOV