"El" hərəkatının təşəbbüs qrupunun üzvü, kinossenarist Eldəniz Quliyev xarici səfərə gedir. Bu barədə Modern.az saytına E.Quliyev özü məlumat verib.
E.Quliyev sabah Türkiyəyə və oradan da İrana yola düşəcəyini bildirib.
“Bir neçə gün Azərbaycanda olmayacaq. Sabah inşallah Türkiyəyə gedirəm. Oradan da İrana səfərim nəzərdə tutulub. 3-4 gün Bakıda olmayacam”-deyə E.Quliyev bildirib.
Səfərinin məqsədinə gəlincə isə E.Quliyev bunun həm şəxsi məsələlərlə, həm də işlə bağlı olduğunu deyib.
Anar RÜSTƏMOV