Modern.az

KTMT Baş katibi Ermənistana gedir

KTMT Baş katibi Ermənistana gedir

Dünya

14 Sentyabr 2022, 21:10

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas gələn həftə Ermənistana səfər etməyi planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

 

O qeyd edib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında əldə olunmuş razılaşmaların icrasına başlayıb.

 

Xatırladaq ki, ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib. İclas zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub.

 

Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi