Modern.az

BƏƏ-nin xarici işlər naziri İsrailə səfər edib

BƏƏ-nin xarici işlər naziri İsrailə səfər edib

Dünya

14 Sentyabr 2022, 21:22

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed İsrailə rəsmi səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.

 

Bildirilir ki, yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edən Bin Zayed bir neçə gün Tel-Əvivdə qalacaq.

 

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi əsasında İsrail ilə bir sıra ərəb dövlətləri müqavilə imzalayıb. BƏƏ və Bəhreyn 2020-ci ilin sentyabrında Ağ Evdə İsraillə sazişləri imzalayan ilk ölkələr olub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi