Modern.az

Azərbaycanda polis özünü güllələdi

Azərbaycanda polis özünü güllələdi

4 Aprel 2013, 20:07

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı intihar edib.  APA-nın məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Ağdaşın Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cavadov Zöhrab Əlövsət oğlu yaşadığı evin yaxınlığında ov tüfəngi ilə özünü vurub. Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında çalışan polis serjantı Zöhrab Cavadovun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Zöhrab Cavadov subay olduğu və 6 ildir polis orqanlarında çalışdığı bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu