Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xankəndi şəhərində ermənilər etiraz aksiyasına başlayıb.
Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı açıqlamasına etiraz ediblər.
Ermənilər Paşinyanı və Xankəndidəki qondarma qurumun "rəhbərini" istefaya çağırıblar.
Qeyd edək ki, Nikol Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olması barədə açıqlamasından qəzəblənən ermənilər İrəvanda küçələrə axışıblar. O, daha sonra fikirlərini danaraq, Azərbaycanla sülh sazişi imzalamayacağını deyib və bununla etirazların qarşısını almağa çalışıb.
Həmçinin oxuyun:
Paşinyanın sülh açıqlaması Ermənistanı qarışdırdı - Etirazlar başladı
Akif İsmayılov