
Ötən gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Modern.az-ın məlumatına görə, azərbaycanlı azarkeşlərin də maraqla izlədiyi oyunlardan biri İstanbulda baş tutub. Türkiyənin “Fənərbaxça” klubu öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edib və qardaş ölkənin təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Rusiyanın “Rubin” klubu İngiltərədə “Çelsi”nin qonağı olub. Görüş "Çelsi"nin 3:1 hesablı qələbəsilə başa çatıb.
Digər oyunlarda “Benfika” “Nyukasl”a 3:1 hesabı ilə qalib gəlib, “Tottenhem” - “Bazel" görüşü isə 2:2 hesablı nəticə ilə bitib.
“Benfika” (Portuqaliya) – “Nyukasl” (İngiltərə) - 3:1
“Çelsi” (İngiltərə) – “Rubin” (Rusiya) - 3:1
“Fənərbaxça” (Türkiyə) – “Latsio” (İtaliya) - 2:0
“Tottenhem” (İngiltərə) – “Bazel” (İsveçrə) - 2:2