Modern.az

Xarici görünüşünü bəyənməyən tələbə özünü öldürdü

Xarici görünüşünü bəyənməyən tələbə özünü öldürdü

15 Sentyabr 2022, 10:14

Gəncədə 2003-cü il təvəllüdlü Əli Quliyev yaşadığı evdə özünü asıb.

 

Modern.az-ın məlumatına görə, intihar edən 19 yaşlı oğlan Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs 220A 5b qrup tələbəsi olub.

 

Qeyd edilib ki, Ə.Quliyev xarici görünüşündən narazı olub. Bir dəfə estetik əməliyyat keçirən Əli Quliyev nəticədən razı qalmayıb, həkimlər isə ikinci əməliyyata icazə verməyiblər.

 

Bu səbəbdən o, özünü öldürmək qərarına gəlib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU