YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında İranın son zamanlar Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinə münasibət bildirib. Deputatın cavabı qısa olub və İranı bununla topa tutub. “Bütün bu cür fikirlər və bəyanatlar sərsəmdir. Axşam yatıb yuxuda nə görürlər, səhər onu danışırlar. Amma Azərbaycan müstəqil dövlətdir və Cənubi Azərbaycanda olan soydaşlarımızın hüquqlarını qorumaq niyyətindədir. Təbii ki, İran soydaşlarımızın hüquqları ilə bağlı referendum keçirməlidir”.
Xatırladaq ki, Seyid Əli Xamneinin “Keyhan” ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin direktoru Hüseyn Şəriətmədari qeyd edib ki, Azərbaycan referendum vasitəsilə İrana birləşdirilməlidir. “Azərbaycanın əhalisinin əksəriyyətini şiə təriqətinə mənsub insanlar təşkil edir. Buna görə də Azərbaycan İranın tərkibinə daxil olmalı və bunu referendum vasitəsilə həyata keçirməlidir. Bununla bağlı İran Azərbaycan hökumətinə təklif göndərməli və bu müzakirə edilməlidir”, – deyə H. Şəriətmədari bildirib.
İran İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi də Azərbaycana xəbərdarlıq göndərib. O, qeyd edib ki, yeri gələndə Azərbaycan İrana birləşəcək.
Aqşin Kərimov