Modern.az

Elmar Məmmədyarov və Nalbandyan Moskvaya gedir

Elmar Məmmədyarov və Nalbandyan Moskvaya gedir

5 Aprel 2013, 10:07


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Aleksandr Luklaşeviç bildirib.

XİN rəsmisinin sözlərinə görə, Elmar Məmmədyarovun Moskvaya səfəri 20-21 may tarixinə nəzərdə tutulub. A.Lukaşeviç bildirib ki, səfər çərçivəsində Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Rusiyanın XİN-rəsmisi həmçinin Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın da Moskvaya səfər edəcəyini açıqlayıb.

A.RÜSTƏMOV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu