
Yaşlı nəslin yaxşı yadında olar, sovetlərin vaxtında kommunal təsərrüfatın işçiləri nəqliyyatın intensiv hərəkəti başlayanadək bütün şəhərdə təmizlik işlərini başa çatdırırdılar. Küçələr, yollar səhər tezdən camaat işə gedəndə tər-təmiz olardı. Daha indiki kimi deyildi. İndi saat 9, 10, 11-ə kimi Bakı şəhərinin küçələrində süpürgəçi qadınlar görünür. Hətta onlar maşınların sürətli hərəkətlərinə fikir verməyərək küçələri təmizləməklə məşğul olurlar. Bu isə çox vaxt onların həyatı üçün təhlükəli vəziyyət yaradır. Elə bir neçə gün öncə baş verən hadisəni buna misal göstərmək olar. “Neftçi” klubunun oyunçusu Araz Abdullayev Nobel prospektində təmizlik aparan iki süpürgəçini vurub. Nəticədə onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis köməkçisi Sabit Əzizov
Modern.az-a açıqlamasında iradlara cavab verərkən onları əsassız hesab edib. “Deməli tələbat var ki, süpürgəçilər də gündüz-günorta saatlarında küçədə olurlar”.
Aytən Əliyeva