
Mətbuatda məlumat verildiyi kimi, ölkənin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri 2013-cü il aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulunu həyata keçirirlər.
Qəbul cədvəlinəəsasən, kənd təsərrüfatı naziri İsmət Abasov bu gün - aprelin 5-də Salyan şəhərində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarının sakinlərini saat 11 00-dan qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbiat xidmətindən
Modern.az-a verilən məlumata görə, bölgənin, təxminən, 100-dən çox vətəndaşı qəbula gəlib.
Modern.az