Modern.az

Ermənilərdən növbəti TƏHDİD: “Xocalı aeroportunun açılmasına heç kim mane ola bilməz”

Ermənilərdən növbəti  TƏHDİD:  “Xocalı aeroportunun açılmasına heç kim mane ola bilməz”

5 Aprel 2013, 11:32

Ermənistan tərəfi Xocalı aeroportu ilə bağlı növbəti dəfə təxribata əl ataraq Azərbaycana bəzi mesajlar göndərib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “mülki aviasiya idarəsinin” rəisi Dmitri Atbaşyan Xocalı aeroportu ilə bağlı mətbuata açıqlamasında hava limanının istifadəyə verilməsinə heç kimin mane ola bilməyəcəyini vurğulayıb.

Ermənistanın mülkü hava yolları şirkəti olan “Armavia”nın iflasa uğramasına münasibət bildirən Dmirti Atbaşyan bunun Xocalı aeroportunun istifadəyə verilməsinə mənfi təsir edə bilməyəcəyini deyib.

"Ermənistanda fəaliyyət göstərən bir neçə aviaşirkət var və bunlardan biri İrəvan-Xocalı səfərlərini təşkil edəcək”-deyə Atbaşyan qeyd edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu