Modern.az

Məktəb direktoru baldızını boğub nikah kəsdirib - Şok İDDİA

Məktəb direktoru baldızını boğub nikah kəsdirib - Şok İDDİA

15 Sentyabr 2022, 17:47

Yardımlı rayonunda iki bacının bir kişiyə ərə verilməsilə bağlı iddialar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə informasiyanı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında ictimailəşdirib.

 

M.Zeynalova qeyd edib ki, 3 ildir ərilə boşanan qadının Arvana kənd məktəbinin direktoru (həm də bacısının əridir- red) ilə kəbini kəsilib:

 

Onun sözlərinə görə, həmin şəxs qadını boğaraq zorla arvadı olmağa məcbur edib. Qadın isə öz uşağı ilə birlikdə qaçaraq sözügedən birliyin sığınacağına yerləşib:

 

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin - ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur”.

 

M. Zeynalova həmçinin qeyd edib ki, Yardımlı Rayon Polis əməkdaşı zəng edərək sığınacağın ünvanını, qadının orada olub-olmamasını öyrənib və ailəyə kömək edərək onları sığınacağa gətirib: “Xəbərdarlıq etdim ki, yeri qətiyyən onlara bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisi yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırsa da, cavabında həmin şəxs “adam axtarışa verilib, gətirməliydim” deyib. Qardaş polisin yanında hədə-qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

 

M. Zeynalova bildirib ki, həmçinin qadının və uşağın sənədlərini ailəsi girov kimi saxlayıb və özünə verməkdən imtina edir. 

 

Xanım müdafiəçi eyni zamanda, Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edib:

 

"Vüsal Axundov qadına dərhal ilkin yardım göstərib. Həm qadına, həm uşağa qida, ayaqqabı alıb və sığınacağa istiqamətləndirib".

 

Hüquq müdafiəçisi aidiyyatı qurumlardan məsələnin araşdırılmasını xahiş edib. Eyni zamanda deyib ki, direktor və qızın qardaşı sığınacağı gəlməsi, təzyiq göstərilməsilə bağlı məlumatları təkzib edib.

 

Bundan sonra isə Mehriban Zeynalova direktorun sığınacağa gəldiyini əks etdirən görüntüləri paylaşıb:

 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məsələnin nəzarətə götürüldüyü açıqlanıb. Bildirilib ki, hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU