Bu gün Milli Məclisinin (MM) növbəti plenar iclası öz işinə başlayıb. Modern.az-ın məlumatın görə, Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasda cari məsələlər müzakirə olunmayıb.
Hazırda Hesablama Palatasının sədri Heydər Əsədov parlamentə hesabat verir.
***
Heydər Əsədov bildirib ki, əgər 2011-ci ildə 46 nəzarət tədbiri həyata keçirilmişdisə, ötən il onların sayı 68-ə çatıb. “Müxtəlif sahələri əhatə edib. Səfirliklərdə də yoxlamalar keçirilib. Respublikanın Baş Korrupsiya İdarəsi ilə 2 yoxlama da baş tutub. Bir neçə il aparılan yoxlamalar maliyyə vəsaitlərindən istifadə xeyli yaxşılaşıb. Nöqsanların əksəriyyəti cinayət xarakterli deyil. Sadəcə mühasiblərin qeyri-peşəkarlığından, kimlərinsə düzgün göstəriş verməməsindən asılı olub”.
Palata sədrinin sözlərinə görə, sosial vəsaitlərdən istifadədə sui-istifadə halları artıb. “Mühasib maliyyəçilər qadınlar olan yerdə belə halların çəkisi daha da artıb. Bu halların səbəbləri isə əsasən bəzi yerlərdə maliyyə işlərinə kifayət qədər diqqət yetirilməməsi, maliyyə xidmətinin peşəkar kadrlarla təmin olunmaması və s. bağlıdır. Bu nöqsanların qanun boşluqları, normativ sənədlərin çatışmazlığı, bir sıra subyektlərdə köhnə SSRİ dövründən qalma sənədlərindən istifadə olnmasıdır”.
H. Əsədov bildirib ki, hər il onlarla təklif hökumətə göndərilir. Bu dəfə də hökumətə təqdim olunan 100 təklifin nəticəsi haqqında məlumat verilib. 2011-də 57, ötən il isə 100 təqdimat göndərilib. Onların 25%-i nazirliklərə ünvanlanıb. “Onların böyük əksəriyyəti həvəslə yerinə yetirilib”.
Xarakterik nöqsanlardan danışan H. Əsədov bildirdi ki, bir çox büdcə təşkilatlarında artıq ştatlar aşkarlanıb. “Görülən tədbirlər nəticəsində 550 ştat ləğv olunub, 220 qrup bağlanılıb. 1 milyon 100 mindən artıq mal mədaxil olunaraq inşa edilib, alınmış, əsas fondların mədaxil edilməməsi, uçota alınmamasıdır. Hesablama Palatasının tədbirləri nəticəsində təsərrüfat təşkilatlarda 88,8 milyon manatlıq vəsait uçota alınıb, 4 milyon 366 min manat dövlət büdcəsinə nəql edilib, 144 min manat məbləğində sosial müdafiə xərcləri DSMF-yə köçürülüb. Hüquq-mühafizə orqanlarına göndərişlərdən başqa, təsərrüfat subyektlərində cəza tədbirləri də görülüb: 44 adam işdən çıxarılıb, onlardan 13-ü vəzifəli şəxs, 3-ü müavindir. Daha 44 nəfərə şiddətli töhmət, 92 nəfərə töhmət elan olunub”.
Modern.az