Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında bildirib ki, dövlət büdcəsi vəsaitləri artarsa, onlara nəzarət mexanizmləri də genişləndirilməlidir. Modern.az xəbər verir ki, deputat Hesablama Palatasının işçilərinin sayının artırılmasını təklif edib.
S. Novruzovun sözlərinə görə, gələcəkdə yoxlamaların nəticələri haqqında yalnız hüquq-mühafizə orqanlarına yox, birbaşa ictimaiyyətə məlumat verilsin: “Cəza tədbirlərinə də diqqət yetirilməlidir. Əsas aradan çıxan vəsaiti geri qaytarılmasıdır. Adam oğurladıqlarını qaytarıb, özünü işdən çıxarılması kifayət qədər yüksək cəzadır. Onun əlavə olaraq həbsinə ehtiyac yoxdur”.
Modern.az