Modern.az

Ermənistan itkin düşən azərbaycanlı ilə bağlı məlumat yayıb

Ermənistan itkin düşən azərbaycanlı ilə bağlı məlumat yayıb

5 Aprel 2013, 13:36

Ermənistan aprelin 2-də itkin düşən 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov haqda məlumat yayıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Əsir, girov, itkin düşmüş vətəndaşlar barədə Komissiya yanında İşçi qrupun rəhbəri Armen Kapriyelyan Sabir Kərimov haqda heç bir məlumata malik olmadıqlarını açıqlayıb.

Xatırladaq ki, aprelin 2-dən Qazax rayonunun Ermənistanla sərhədində 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov meşəyə pencər yığmağa gedərkən itkin düşüb. Onun yaxınları bildiriblər ki, Sabir Kərimov aprelin 2-də saat 9-da evdən çıxıb:

“Xanlıqlar kəndi ilə Ermənistanın işğalı altında olan Lələ kəndi sərhəddir. Meşə də bu sərhəddə yerləşir. Evdən çıxandan 15 dəqiqə sonra onun telefonuna artıq zəng çatmayıb. Biz güman edirik ki, onu ermənilər öldürüb, ya tutub, ya da minaya düşüb”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu