Daxili İşlər Nazirliyi Ağdaş rayonunda özünü güllələyərək öldürən polis əməkdaşı ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Aprelin 4-də Ağdaş rayonunun Kotanarx kəndi ərazisində "Türyançay" çayının sahilində, Ağdaş RPŞ-nin məzuniyyətdə olan əməkdaşı, polis serjantı Zöhrab Cavadov atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Modern.az