Modern.az

Milli Məclis Heydər Əsədovun hesabatını qəbul etdi

Milli Məclis Heydər Əsədovun hesabatını qəbul etdi

5 Aprel 2013, 13:45

Milli Məclisin bugünkü iclasında özünə ünvanlanan sualları cavablandıran Hesablama Palatasının sədri Heydər Əsədov səslənən təklif və iradları nəzərə alacaqlarını bildirib. Dünya Bankı işimizin təkmilləşməsi ilə əlaqədar 2 milyon dollarlıq qrant ayırıb. Bu vəsait həm də deputatların qaldırdığı məsələlərin həllinə yönəldiləcək”.

Modern.az xəbər verir ki, Heydər Əsədov büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı başqa faktlar da sadalayıb. “Təkcə səhiyyə sahəsinə aid təqdimatla bağlı 1000-dən çox çarpayı ləğv edilib. Bu, xeyli vəsaitin büdcəyə qaytarılması deməkdir.

Palata sədrinin sözlərinə görə, vəsaitlərin qaytarılması məsələsi şəxsən onun öz nəzarətindədir: “Təqsiri olmayan heç kim bu vəsaiti qaytarmır”. Hesablama Palatasına təzyiqlərə gəlincə, H. Əsədov bildirib ki, onun işlədiyi dövrdə bir dəfə də olsun təzyiqlə üzləşilməyib. “Əgər bu məsələdə hansısa liberal mövqeyimiz varsa, öz münasibətimizin nəticəsidir: Bu dəqiqə bir yoxlamanın içindəyik, bir neçə qadın müəyyən qədər vəsaiti mənimsəyib. Ailəsinə qədər yoxlamışıq, 3 qaçqın ailə birlikdə yaşayır. Onlar haqda ciddi tədbir görə bilmirik. Yenə deyirəm, bu, təzyiqlə bağlı deyil, öz liberal yanaşmağımızın nəticəsidir”.

Sonda Milli Məclis 103 lehinə, 2 nəfər əleyhinə olmaqla Hesablama Palatasının hesabatı qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu